Bakıda avtobus qəzaya uğradı

media-hightechnic-468x90

Bakının Yasamal rayonu, Şərifzadə küçəsində “Faiqoğlu” MMC-nin istismarında olan 114 nömrəli müntəzəm marşrut xətti üzrə 10 TH 052 DQN-lı avtobusun iştirakı ilə zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.

Bu barədə Yenicag.az-a Bakı Nəqliyyat Agentliyindən (BNA) bildirilib.

Daşıyıcı şirkətdən verilən məlumata görə, hadisə avtobus depoya gedən zaman baş verdiyindən sərnişin olmayıb. Hadisə ilə bağlı araşdırma aparılır.

media-ziraat-728x90

Bakıda avtobus qəzaya uğradı

media-hightechnic-468x90

koiBakıda 6 nəfərin xəsarət alması ilə nəticələnən ağır yol qəzası baş verib.

Sabunçu Rayon Polis İdarəsindən  verilən məlumata görə, yol qəzası “Koroğlu” metro stansiyasının yaxınlığında qeydə alınıb.

“Nissan” markalı avtomobillə 160 saylı xətt üzrə hərəkət edən “Daewoo” markalı sərnişin avtobusu toqquşub.

Qəza nəticəsində avtobusda sərnişinlər 1977-ci il təvəllüdlü Mehmet Yusif, 1947-ci il təvəllüdlü Mustafa Ramazanov, 1973-cü il təvəllüdlü Engin Şenor, 1990-cı il təvəllüdlü Vüqar Məhərrəmov, 1991-ci il təvəllüdlü Firuz Bayramov, 1992-ci il təvəllüdlü Mirzə Rzayev xəsarətlə 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib(apa).

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600