Bakıda avtomatlı şəxs saxlanıldı

media-hightechnic-468x90

Sabunçu Rayon Polis İdarəsi 13-cü polis bölməsi əməkdaşları tərəfindən əllərdə qanunsuz saxlanılan odlu silah-sursatın aşkar edilməsi məqsədilə növbəti əməliyyat tədbiri həyata keçirilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Yenicag.az-a verilən xəbərə görə, bölmə əməkdaşlarının keçirdikləri əməliyyat nəticəsində əvvəllər dəfələrlə məhkum olunmuş paytaxt sakini Maarif Kərimov saxlanılıb.

Onun üzərində şəxsi axtarış aparılan zaman 1 ədəd “AK” markalı avtomat silah, 1 ədəd patron darağı və 9 ədəd patron aşkar edilərək maddi sübut kimi götürülüb. M.Kərimov ifadəsində odlu silah-sursatın ona atasından qaldığını və polisə təhvil verməyərək özündə saxladığını bildirib.

Faktla bağlı Maarif Kərimov barəsində 13-cü polis bölməsində toplanan materiallar araşdırılması üçün Sabunçu Rayon Polis İdarəsinin İstintaq şöbəsinə göndərilib.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa