Bakıda avtomobil xəndəyə düşdü-Fotolar

media-hightechnic-468x90

93915_res_01Paytaxtda avtomobil təmir gedən yolda xəndəyə düşüb.

Hadisə Zığ şosesində qeydə alınıb. Yüksək sürətlə hərəkətdə olan “BMW” markalı avtomobilin sürücüsü döngədə idarəetməni itirib. Nəticədə maşın su-kanalizasiya xətlərinin dəyişdirilməsi üçün qazılmış xəndəyə düşüb.

Qeyd edək ki, yolun qazıntı işlərinin aparılan hissəsində bu barədə xəbərdarlıq nişanı qoyulub. Lakin “BMW”-nin sürücüsü nişana əhəmiyyət verməyib və avtomobili yüksək sürətlə idarə edib. Nəticədə, o, xəndəyi görsə də, avtomobili saxlaya bilməyib.

Xəndəyə düşən avtomobilin sürücüsü xəsarət almasa da, avtomobil yararsız vəziyyətə düşüb. Maşını xəndəkdən çıxarmaq da asan olmayıb.

Faktla bağlı Bakı Şəhər Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600