Bakıda avtomobillər toqquşdu – ANBAANVİDEO

Bakıda iki avtomobilin toqquşması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Yenicag.az xəbər verir ki, qəza Bayıl qəsəbəsi, Akademik Əhəd Yaqubov küçəsində saat 17:25 radələrində baş verib.

“99-TO-921” dövlət nömrə nişanlı “KİA” markalı avtomobil “Mitsubishi” markalı avtomobillə toqquşub.

Hadisə nəticəsində xəsarət alanlar barədə məlumat verilməyib.

Əraziyə DYP əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.