Bakıda avtoservisdə güclü yanğın olub

media-hightechnic-468x90

d16f81f1053fb54b19a28ceef7a48887Bakıda yanğın hadisəsi qeydə alınıb.

Bakının Xətai rayonunda vətəndaşa məxsus ümumi sahəsi 250 kv.m olan avtoservisinin yanar konstruksiyaları, içərisində olan, təmirə dayanmış sahibi məlum olmayan “Nissan” markalı minik avtomobilin yanar hissələri, “Range Rover” markalı minik avtomobilinin arxa hissəsi qismən və bitişik avtomobil ehtiyatları mağazasının yanar hissələri həmçinin, mağazada olan 2 ədəd “Suzuki” markalı və 3 ədəd “Harley Davidson” markalı motosikletləri yanıb.

Təmirə dayanmış “Range Rover” markalı avtomobilinin qalan hissəsi, 6 ədəd minik avtomobili, mağazada olan 1 ədəd motosiklet və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın saat 03:58-də yanğınsöndürənlər tərəfindən söndürülüb(apa).

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600