Bakıda baş həkim vəzifədən çıxarıldı
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin balansında olan Mərkəzi Dənizçilər Xəstəxanasının (“Kaspar”) baş həkimi işdən çıxarılıb.
“Kaspar”ın baş həkimi Ramazan Məhərrəmov “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi”nin rəisi Rauf Vəliyevin əmri ilə vəzifəsindən kənarlaşdırılıb. Onun yerinə isə Terasim Rüstəmov təyin edilib.
Qeyd edək ki, Rauf Vəliyev bu vəzifəyə təyin olunandan qurumda bir-birinin ardınca ciddi kadr dəyişiklikləri edir.