Bakıda bayram namazı qılınıb

media-hightechnic-468x90

Bakıda Ramazan Bayramı münasibətilə bayram namazı qılınıb.

Yenicag.az xəbər verir ki, Əjdərbəy məscidində bayram namazı saat 08:00-da başlayıb.

Xatırladaq ki, bu gün və sabah Azərbaycanda Ramazan bayramı qeyd olunur.

Ramazan ayı insanlara Allahı sevməyi öyrədir, onlara öz iradəsini, dözümünü yoxlamaq imkanı verir, insanları gözüaçıq, vicdanlı olmağa yönəldir və bunlar orucla ifadə olunur.

Məhz Ramazan ayının son 10 gecəsinin birində Quran nazil olmağa başlayıb. Qədr gecəsi “leylətul-qədr” – qüdrətli, əzəmətli gecə adlanır. Quranda bu gecə haqqında belə yazılır: “Biz bu gecə, həqiqətən, qüdrət, əzəmət hədiyyə etmişik; bu gecə 1000 aydan da qüdrətlidir. Mələklər aşağı enərək Allahın əmrini gözləyirlər, bu gecə şəfəq doğanadək əmin-amanlıq, sülh olacaq” (97:1-5).

Azərbaycanda Ramazan bayramı 1993-cü ildən dövlət səviyyəsində qeyd olunur.

Qeyd edək ki, bu il Azərbaycanda Ramazan ayı martın 1-dən başlayıb.

media-ads-468x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600