Bakıda bayram yarmarkalarına start verildi

media-hightechnic-468x90

Günü və 1 yanvar – Yeni il bayramı münasibətilə bayram yarmarkalarına start verilib.

Bakı Şəhər İcra Hakimiyyətinin Ticarət və Xidmət Departamentindən Yenicag.az-a verilən məlumata görə, hər il olduğu kimi, bu il də bayram yarmarkaları ilə bağlı dislokasiya təsdiq olunub. Artıq bir neçə ərazidə yarmarka çadırları qurulub və fəaliyyətə başlayıb. Hazırda metronun “Elmlər Akademiyası, “28 May”, “Nəriman Nərimanov”, “Neftçilər” və “Gənclik” stansiyalarının qarşısında çadırlar qurulub. Çadırların quraşdırılmasında məqsəd bayram ərəfəsində küçələrdə pərakəndə satışların qarşısını almaq və bazar qiymətlərinə nisbətən ucuz məhsullar təklif etməkdir. Bayram çadırlarının paytaxtın digər metrostansiyalarının qarşısında da quraşdırılması gözlənilir.

Xatırladaq ki, Bakı şəhər İcra hakimiyyəti tərəfindən ötən il paytaxtda 13 bayram çadırı qurulmuşdu.

Mövzu ilə əlaqədar

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600