!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bakıda Beynəlxalq Bankın binasında terror təhlükəsi

!Reklam – Yazi

125921_res_01Nərimanov rayonu ərazisində Azərbaycan Beynəlxalq Bankının Bakı və Quba filiallarını, eləcə də Qubadakı şiə məscidini partladacağını bildirmiş şəxsin axtarışı aparılır.

Güman edildiyinə görə, axtarılan radikal islam tərəfdarıdır.

Bu xəbəri Nərimanov Rayon Polis İdarəsindən veriblər.

Ötən şənbə günü, yanvarın 16-da təxminən saat 10:40-da Atatürk prospektində yerləşən taksofondan polis bölməsinə telefon zəngi daxil olub. Zəng edən naməlum şəxs bildirib ki, Qubada şiə məscidini və Beynəlxalq Bankın filiallarını partladacaq.

Eyni məzmunlu telefon zəngi həmin gün saat 11:22-də Quba rayon polis bölməsinə də daxil olub. Bu dəfə də zəng edən Bakının Atatürk prospektindəki taksofondan istifadə edib, amma ilk qeyd olunandan azca aralıda yerləşən aparatdan zəng vurub.

Quba PRİ-də virtualaz.org-un əməkdaşına bildiriblər ki, şübhəli şəxs hələ ki saxlanmayıb. Hazırda polis əməkdaşları telefon terrorçusunun şəxsiyyətini müəyyənləşdirməyə çalışırlar. İşi çətinləşdirən məqam odur ki, heç bir müşahidə kamerası zəng edən şəxsi qeydə almayıb.

Buna baxmayaraq, qanun keşikçiləri qabaqlayıcı tədbirlər həyata keçirib və Bakı və Quba şəhərlərində yerləşən Beynəlxalq Bankın filiallarının, həmçinin Qubadakı məscidin mühafizəsini gücləndiriblər.

Ehtimal olunduğuna görə, zəng edən şəxs Beynəlxalq Bankın borclularından biridir.(virtualaz)

www.yenicag.az

573
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv