Bakıda çoxmərtəbəli binanın eyvanından düşən gənc qızın intihara cəhd etdiyi məlum olub.
Yenicag.az xəbər verir ki, bu barədə hüquq-mühafizə orqanlarından məlumat verilib.
Qeyd olunub ki, qız həmin binada anası ilə birgə kirayədə qalır.
Səhiyyə Nazirliyindən isə bildirilib ki, Asif Məhərrəmov küçəsində hündürlükdən yıxılma ilə bağlı Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına çağırış saat 13:39 da daxil olub: “Hadisə nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alan qadın Kliniki Tibbi Mərkəzə aparılıb”.
*** 14:10
Bakıda 30-35 yaşlarında qadın çoxmərtəbəli binanın eyvanından yerə düşüb.
Yenicag.az xəbər veriri ki, hadisə paytaxtın Nəsimi rayonu, Asif Məhərrəmov küçəsi 52 ünvanında qeydə alınıb.
Çoxsaylı xəsarətlər alan qadının durumu ağırdır.
Hadisə yerinə polis əməkdaşları gəlib.
Qadının özünü yerə atdığı, yaxud ehtiyatsızlıqdan yerə düşdüyü araşdırmalardan sonra məlum olacaq./Report/
www.yenicag.az