!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bakıda böyük tıxac-Foto

!Reklam – Yazi

8bc53e911fdcb06eced7901737285ba8Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin saytında təmirə bağlanan bəzi küçələr haqqında məlumat yoxdur

Bu gün səhər saatlarında Bakının bir sıra küçə və prospektlərində böyük tıxac yaranıb.

Bu barədə Nəqliyyat Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin (NİİM) saytına istinadən xəbər verir.

Saat 9:00 radələrinə olan məlumata əsasən, tıxac Bakı-Sumqayıt şosesində (orta sürət 24 km/saat), Azadlıq prospektində (11 km/saat), Həsən Əliyev prospektində (8 km/saat), Alfred Nobel prospektində (13 km/saat), Əliyar Əliyev küçəsində (5 km/saat) müşahidə olunur.

Bununla yanaşı, bəzi küçə və prospektlərdə nəqliyyat vasitələrinin hərəkətində sıxlıq müşahidə olunur. Nəqliyyatın hərəkətinin sıx olduğu ərazilər bunlardır: Abbas Mirzə Şərifzadə küçəsi (40 km/saat), Əhməd Rəcəbli küçəsi (18 km/saat), Fətəli Xan Xoyski küçəsi (18 km/saat), Moskva prospekti (40 km/saat), Təbriz küçəsi (30 km/saat) və s.

NİİM-in saytındakı müvafiq bölmədə qeyd olunub ki, həmin radələrdə şəhərin heç bir yerində tıxac qeydə alınmayıb.

Nobel prospektində tıxacın yaranmasına səbəb “Azəryolservis” tərəfindən aparılan təmir-tikinti işləridir. Maraqlıdır ki, bununla bağlı NİİM-in saytında heç bir məlumat yoxdur.

Saytda yer alan məlumata görə, hazırda şəhərin 4 küçəsi tikinti işlərinin aparılması ilə əlaqədar bağlanıb. Belə ki, Ceyhun Səlimov küçəsi (Hərbi hospitalın qarşısından 3-cü mikrorayon dairəsi istiqamətində) yeni metro tikintisi ilə əlaqədar olaraq uzun müddətlik bağlanıb. Bununla yanaşı, Atatürk prospektinin Ziya Bünyadov prospekti ilə kəsişməsindən Səttar Bəhlulzadə küçəsi ilə kəsişməsinə qədər olan hissəsində aparılan təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılıb.

Badamdar şosesi üzü şəhər istiqamətində asfalt örtüyünün yenilənməsi ilə əlaqədar bağlıdır.

Xudu Məmmədov küçəsi Həzi Aslanov metrosunun çıxışında metro tikintisi getdiyindən bağlıdır.

www.yenicag.az

601
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv