!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bakıda bu avtobusların hərəkət sxemi müvəqqəti dəyişdirilir

!Reklam – Yazi

Sabah saat 08:00-dan mayın 1-i saat 20:00-dək Azadlıq prospektində aparılacaq təmir işləri ilə əlaqədar sözügedən prospektin Sahib Zeynalov küçəsindən İzzət Həmidov küçəsinədək olan hissəsində nəqliyyat vasitələrinin hərəkəti müvəqqəti olaraq qismən məhdudlaşdırılacaq.

Yenicag.az xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyindən (BNA) bildirilib.

Aparılacaq təmir-tikinti işləri ilə əlaqədar adı çəkilən prospektdə nəqliyyat vasitələrinin hərəkətinə tam məhdudiyyət tətbiq ediləcəyi halda, həmin ərazidə fəaliyyət göstərən 485 və 88 nömrəli müntəzəm marşrutların hərəkət sxemində müvafiq dəyişikliklər olunaraq fəaliyyətləri alternativ küçələrlə təşkil ediləcək.

www.yenicag.az

425
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv