Bakıda bu yolda hərəkət məhdudlaşdırılır

media-hightechnic-468x90

İyulun 29-da saat 08:00-dan saat 22:00-a qədər Bakının Səbail rayonunda – Salyan şosesində (20-ci Sahə dairəsindən Bibiheybət məscidi istiqamətində) aparılacaq təmir işləri ilə əlaqədar olaraq, sözügedən hissədə nəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılacaq.

Yenicag.az xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb.

“Yol bağlanmır. Sürücülərdən qeyd olunan hissədə hərəkətdə olarkən diqqətli olmaları, yol hərəkəti qaydalarına və müvəqqəti yol nişanlarının tələblərinə riayət etmələri xahiş olunur”, – deyə məlumatda qeyd olunub.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 28.07.2025

media-ziraat-160x600
media-ziraat-160x600