Bakıda çörək almağa gedən 24 yaşlı qadın itkin düşüb
Bakıda 24 yaşlı qadın itkin düşüb.
Yenicag.az report-a istinadən xəbər verir ki, Qaradağ rayonu Müşviqabad qəsəbəsi ev 5-də yaşayan Hüseynov Rauf Söhbət oğlu həyat yoldaşı, 1991-ci il təvəllüdlü Hüseynova Mələk Telman qızının evdən çörək almaq adı ilə çıxıb bir daha geri qayıtmadığı barədə polisə məlumat verib.
Polisin əməliyyat-axtarış tədbirləri keçirməsinə baxmayaraq, M.Hüseynovanın yerini hələlik müəyyən etmək mümkün olmayıb.
Şəkildə gördüyünüz qadının yerini bilən və ya onun haqqında hər hansı məlumatı olan varsa, bu barədə Qaradağ Rayon Polis İdarəsi və ya yaxınlıqdakı polis idarə, şöbə və bölmələrinə məlumat vermələri xahiş olunur.