!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bakıda dava: Polis mayoru bıçaqlandı

!Reklam – Yazi

2f6265a6-b8cb-43d3-8a72-05f3d4c6fa14-1Bakıda kafedə oğurluq etmək istəyən şəxslər polis mayorunu bıçaqlayıb.

“Report”un hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, hadisə ötən gecə Nərimanov rayonu Heydər Əliyev prospektində yerləşən kafedə baş verib. Belə ki, 1979-cu il təvvəllüdlü Abdullayev Namiq Aydın oğlu tanışı 1974-cü il təvvəllüdlü Cəbrayılov Arif Etibar oğlu və 1985-ci il təvvəllüdlü Məsimov Kamil Zakir oğlu, adları açıqlanmayan iki qadınla birlikdə kafedə əyləşib.

Bu zaman kafeyə daxil olan İsmayıllı rayon sakini Əhmədyar Məhərrəmov qadınlardan birinə məxsus telefonu oğurlayaraq qaçmaq istəyib. Bunu görən N.Abdullayev onun arxasınca qaçıb və iaşə obyektinin çıxışında Ə.Məhərrəmovun qolundan tutub. Nəticədə onlar arasında əlbəyaxa dava düşüb. Ə.Məhərrəmovun küçədə gözləyən hələlik adı bilinməyən tanışı da davaya qoşulub və N.Abdullayevi döyüb. Bu münaqişəyə A.Cəbrayılov və K.Məsimov da qarışıb.

Nəticədə Ə.Məhərrəmov və adı istintaqa məlum olmayan şəxs bıçaq çıxararaq N.Abdullayevə, A.Cəbrayılova və K.Məsimova bıçaq xəsarətləri yetirərək ərazidən qaçıblar.

Ağır xəsarət alan hər üç şəxs “Təcili yardım” maşını ilə 1 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb. N.Abdullayev və A.Cəbrayılovun vəziyyəti ağır qiymətləndirilir.

Faktla bağlı Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Bölməsində cinayət işi başlanılıb. Araşdırmalar zamanı Ə.Məhərrəmov saxlanılıb. Digər şəxsin axtarışlarına başlanılıb.

Qeyd edək ki, N.Abdullayev Xəzər Rayon Polis İdarəsinin 2-ci Polis Bölməsinin Növbətçi Hissəsində mayor rütbəsi ilə fəaliyyət göstərir. Hadisə vaxtı o xidmətdə olub.

www.yenicag.az

665
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv