Bakıda dəhşət - Bina girişində güllələndi

media-hightechnic-468x90

Bakıda silahlı insident olub.

Yenicag.az-ın məlumatına görə, hadisə paytaxtın Nəsimi rayonu, M.Qardaşları küçəsi 119 ünvanından yerləşən məcburi köçkünlərin məskunlaşdığı binada baş verib. Orada yaşayan Elnur Əliyev binanın girişindəki pilləkən qəfəsində odlu silahdan atəş açaraq Namiq Nəcəfovu güllələyib. Yaralı dərhal xəstəxanaya yerləşdirilib.

Hadisə törədən E.Əliyev şübhəli şəxs qismində tutularaq barəsində həbs qətimkan tədbiri seçilib.

Faktla bağlı Cinayət Məcəlləsinin 29.120.1-ci (qəsdən adam öldürməyə cəhd), 228.1-ci (qanunsuz odlu silah saxlama), 229.1-ci (qanunsuz olaraq silah hazırlama) maddələri ilə cinayət işi başlanıb.

Araşdırmalarla müəyyən edilib ki, E.Əliyev N.Nəcəfovu aralarında olan şəxsi-qərəzli münasibətlərlə əlaqədar qisas məqsədi ilə öldürmək istəyib./Report/

Mövzu ilə əlaqədar

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600