Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Bakıda dönər üstə düşən mübahisə bıçaqlanma ilə nəticələnib

Paytatxda dönər üstə düşən mübahisə bıçaqlanma ilə nəticələnib.

Yenicag.az xəbər verir ki, naməlum şəxslər 20 yanvar metrosu yaxınlığında yerləşən dönərxanadan basdırma dönər almaq istəyiblər. Qiymətini soruşanda satıcı basdırmanın 1,50 manat olduğunu deyib. Alan şəxslər isə 1 manat manat verəcəklərini deyiblər. Dönərçi isə bunula razılaşmayıb və qiyməti o, müəyyən etmədiyini bildirib.

Alıcılar qiyməti aşağı salmaq üçün dönərçidən baş usta Oktaya zəng etməsini istəyib. Emin adlı dönərxana işçisi Oktaya zəng edib. Alıcılarla usta arasında telefonla söhbəti zamanı mübahisə düşüb. Tərəflər bir-birlərini söyüblər. Bundan sonra mübahisəyə aydınlıq gətirmək üçün 3-mkr rayon dairəsi adlanan ərazidə yerləşən “Dəli Kür” kafesinin qarşısında görüşüblər. Görüş zaman Azər, Tural və daha iki şəxs Oktaya hücum edib. Nəticə ona çox saylı bıçaq xəsarətləri yetirərək hadisə yerindən qaçıblar. Yaralı 28 yaşlı Mustafayev Oktay Elman oğlunu yoldan keçən taksi sürücüsü xəstəxanaya çatdırıb. Həkimlər yaralının kürək nahiyyəsində 4 bıçaq xəsarətinin olduğunu bildiriblər. Vəziyyətini isə ağır kimi qiymətləndiriblər. Hadisə yerinə 20-cı polis bölməsinin əməkdaşları cəlb olunub.

Faktla əlaqədar cinayət işi başlanıb.

Yenicag.az

www.yenicag.az

674
reyting.az
www.interpress.az
www.busaat.az
MARGIN-BOTTOM

Ziraat Bank New 768×90 / 320×100