Bakıda dönərxana yanıb
Bu səhər Bakıda dönərxana yanıb.
Hadisə Yasamal rayonunda baş verib. Ümumi sahəsi 40 kv.m olan dönərxananın yanar konstruksiyaları 10 kv.m sahədə yanıb. Dönərxananın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 08:02-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
Qeyd edək ki, gecənın daha bir yanğın hadisəsi Bakının Xətai rayonunda qeydə alınıb. Bura “Mercedes” markalı minik avtomobili də yanıb. Yanğınsöndürənlər alovu söhdürərək yanğının başqa avtomobillərə keçməsinin qarşısını alıblar(musavat.com).