Reklam

Reklam

Fevralın 9-u Suraxanı rayonu Hövsan qəsəbəsi Şabanov küçəsi ev 32-də yaşayan 1945-ci il təvəllüdlü Əliyev Yavər Nemət oğlunun yaşadığı evə 3 nəfər maskalı şəxs basqın edib.

Yeniçağ.az-a daxil olan məlumata görə, basqınçılar evdə tək olan Yavər Əliyevin əl-qolunu bağlayaraq ondan pul və qızılın yerini soruşublar. Ev sahibi pulunun olmadığını deyən də basqınçılar ahıl kişini huşunu itirənədək döyüblər. Quldurlar əliboş evi tərk ediblər. Yavər Əliyev qohumları tərəfindən evdə al-qan içində aşkar edilib. O, dərhal xəstəxanaya çatdırılıb. Həkimlər ona tibbi yardım göstəriblər. Xəstəxanadan verilən məlumata görə, ahıl kişinin aldığı zərbələrdən daxili orqanları dağılıb. Həkimlərin səyinə baxmayaraq Yavər Əliyevin həyatını xilas etmək mümkün olmayıb. O, hadisədən bir müddət sonra xəstəxanada dünyasını dəyişib.

72 yaşlı Yavər Əliyev zərgərliklə məşğul olub. Və tanınmış zərgər olub. Ehtimallara görə, basqınçılar da Yavər Əliyevi yaxşı tanıyıblar və ondan qızıl olmasını biliblər. Hadisə günü Yavər Əliyev həkim işləyən həyat yoldaşını işə aparıb və sonra evə qayıdıb. Evi tərk edən zamanda o yenidən geri qayıdacağı üçün evin həyət qapılarını bağlamayıb. Və bundan istifadə edən basqınçılar evə daxil olublar.

Hadisəni törədən 3 nəfər maskalı şəxsin axtarışları hələ də davam edir. Faktla əlaqədar Cinayət Məcəlləsinin müvafiq maddələri cinayət işi başlanıb.

Yeniçağ.az

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 64
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Reklam

Nə düşünürsən?
Bənzər Xəbərlər

    Reklam

    Reklam

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün Yenicag.Az xəbər bületeninə abunə olun."