Bakıda DYP əmrə tabe olmayan sürücünü qovan zaman qəza törədib - FOTO

media-hightechnic-468x90

Bakıda DYP əmrə tabe olmayan sürücünü qovan zaman qəza törədib.

Yeniçağ.Az-ın məlumatına görə, hadisə bir neçə gün əvvəl Aeroport yolunda baş verib. Koroğlu metrostansiyası yaxınlığında DYP əməkdaşları sürücüyə saxla əmri veriblər. Lakin sürücü sürəti artıraraq aradan çıxmaq istəyib.

Bu zaman iki DYP avtomobili onu üzü Mərdəkan istiqamətində təqib etməyə başlayıb. Soccar yanacaqdoldurma məntəqsinə yaxınlaşanda DYP avtomobilinin qarşına qəfil bir maşın çıxıb. Nəticədə idarəetməni itirən 99YP312 yol polis avtomobilinin sürücüsü əvvəlcə həmin maşına daha sonra isə dəmir arakəsməyə çırpılıb.

Qəza zamanı yol polis əməkdaşlarından biri yüngül xəsarət alıb. 99YP312 avtomobili ilə yarasız hala düşüb.

Yeniçağ.Az

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600