Bu dəqiqələrdə “28 May” metrosunun yaxınlığındakı yeraltı keçiddə ticarətlə məşğul olan bir qrup sahibkar “Garant Holding”in qarşısında aksiyaya başlayıb.
Sahibkarlar arenda haqlarının aşağı salınmasını tələb edir. Onlar mövcud şərtlərlə işləməyin mümkünsüz olduğunu bildirir.
Özünü keçiddəki dükanların rəhbəri kimi təqdim edən Anar adlı şəxs isə şirkətin qarşısına toplaşan sahibkarları dinləyib və heç bir endirim olmayacağını bildirib.(azadlıq)
www.yenicag.az