Bakıda evə basqın olub.
Yenicag.az APA-ya istinadən xəbər verir ki, Yasamal rayonu, Bünyadzadə küçəsində yaşayan, 1962-ci il təvəllüdlü Reyhan Novruzovanın evinə daxil olan naməlum şəxslər qadını bıçaqla hədələyərək pul tələb ediblər. Naməlum şəxslər R. Novruzovaya xəsarət yetirərək 10 min manatlıq qızıl-zinət əşyaları götürərək evi tərk ediblər.
Hazırda polis hadisəni törədən şəxs və ya şəxslərin müəyyən edilərək tutulması istiqamətində axtarışlar davam etdirilir.