Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Bakıda güclü partlayış: yaralananlar var

Bu gecə Bakıda iki nəfər ağır yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

Gecə yarısı 1968-ci il təvəllüdlü Çıraqzadə Asif Knyaz oğlu ilə həyat yoldaşı, 1979-cu ildə anadan olmuş Çıraqzadə Pərvanə Müzəffər qızı baş və üz nahiyyəsinin, eləcə də, bədəninin yuxarı hissəsinin yanığı xəsarətləri ilə Respublika Yanıq Mərkəzinə daxil olub. Xəsarətləri ağır olduğundan hər iki şəxs reanimasiyaya yerləşdirilib.

Məlum olub ki, Asif Çıraqzadə və həyat yoldaşı Neftçi Qurban küçəsindəki mənzillərində olarkən binanın blokuna qaz sızıb. Bu səbəbdən blokda güclü partlayış olub və onlar yanıq xəsarətləri alıblar.

Faktla bağlı araşdırma aparılır.(lent)

Yenicag.az

Loading...

www.yenicag.az

550
reyting.az
www.busaat.az
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100