Bakıda həkim piyadanı vurub öldürdü

Hadisə Nizami rayonu ərazisində baş verib. 8-ci km bazarı yaxınlığında yolu keçmək istəyən piyada 59 yaşlı Mirfəda Həsənovu avtomobil vurub.

Yaralı xəstəxanaya çatdırılsa da həyatını xilas etmək mümükün olmayıb. Mirfəda Həsənov xəstəxanada dünyasını dəyişib.

Yeniçağ.Az-ın məlumatına görə, hadisəni törədən sürücü “Səhhət” klinikasında həkim işləyir.

Faktla əlaqədar cinayət işi başlanıb.

 

Yeniçağ.Az

COP29