Bakıda iki nəfər bıçaqlanıb

media-hightechnic-468x90

üüüq2Bakıda iki nəfər bıçaqlanıb. Bakı Şəhər Baş Polis İdarəsindən verilən məlumata görə, hadisə Səbail rayonunun Nizami küçəsində qeydə alınıb.

1995-ci il təvəllüdlü Yevlax rayon sakini Ceyhun Şəfiyev 1983-cü il təvəllüdlü Bakı şəhər sakini Abid Murtuzova bıçaq xəsarəti yetirdiyinə görə Səbail Rayon Polis İdarəsinin 39-cu Polis Bölməsinin əməkdaşları tərəfindən tutulub.

Analoji hadisə Nəsimi rayonunda Rəşid Behbudov küçəsində qeydə alınıb. Şərur rayon sakini, 1982-ci il təvəllüdlü Kamran Novruzov bıçaq xəsarəti ilə Klinik Tibbi Mərkəzə yerləşdirilib.

Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində, cinayətdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 1988-ci il təvəllüdlü Bakı şəhər sakini Vüsal Sadıxov tutulub.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 13.09.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa