Bakıda iki qardaşa bıçaqla xəsarət yetirildi

media-hightechnic-468x90

Bakıda iki qardaşa xəsarət yetirilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Yenicag.az-a verilən xəbərə görə, yanvarın 4-də saat 22 radələrində bir nəfərin Bakı şəhər sakinləri Q.Qənbərovun döş qəfəsinə bıçaqla və qardaşının baş nahiyəsinə daşla xəsarət yetirməsi barədə Nərimanov Rayon Polis İdarəsinin 17-ci Polis Şöbəsinə məlumat daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qəsdən sağlamlığa ağır zərər vurmada şübhəli bilinən paytaxt sakini S.Hacıyev müəyyən edilərək saxlanılıb.

Nərimanov Rayon Polis İdarəsində araşdırma aparılır.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600