Bakıda ikimərtəbəli ev yandı
Bakıda evdə yanğın baş verib.
Yenicag.az Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Bakı şəhəri, Xəzər rayonunda vətəndaşa məxsus ümumi sahəsi 230 m² olan ikimərtəbəli, 6 otaqlı evin 1-ci mərtəbəsində sahəsi 12 m² olan mətbəxinin yanar konstruksiyaları yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın saat 10.54-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
Yenicag.az