!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bakıda insan qidası üçün yararsız kolbasa məhsulları aşkarlanıb

!Reklam – Yazi

Mayın 5-də alınmış məlumat əsasında Bakı Şəhər Baytarlıq İdarəsi və Binəqədi Rayon Polis İdarəsi əməkdaşlarının iştirakı ilə qida təhlükəsizliyinin qorunması, insan həyat və sağlamlığına təhlükə törədən, mənşəyi məlum olmayan heyvandarlıq məhsullarının satışının qarşısını almaq məqsədi ilə Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, H.Ağamalıyev küçəsi 1 ünvanında yerləşən Həsənov Fuad Alik oğluna məxsus kolbasa məhsullarının satışı anbarına baxış keçirilib.

Dövlət Baytarlıq Nəzarəti Xidmətindən APA-ya verilən məlumata görə, baxış zamanı 20 kvadrat metr sahəsi olan, havalandırma və soyuducu sistemi olmayan qarajda temperatur rejiminə əməl edilməyən, qeyri-qanuni, antisanitar şəraitdə ümumi çəkisi 100 kq olan yararlıq müddəti bitmiş kolbasa məmulatlarının saxlanıldığı və satıldığı aşkar olunub.

İlkin araşdırma zamanı qarajda “Payim” firmasının istehsal etdiyi yararlıq müddəti bitmiş, kiflənmiş və insan qidası üçün təhlükəli olan “Doktorskaya”, bişmiş, yarım hisə verilmiş “Krakovskaya” və yarım hisə verilmiş ”Xlbmaya” kolbasa məmulatlarının olması müəyyən edilib.

Bakı Şəhər Baytarlıq İdarəsinin əməkdaşları qarajda aşkar edilmiş kolbasa məhsullarından baytarlıq qanunvericiliyinə müvafiq nümunələr götürərək müayinə üçün Respublika Baytarlıq Laboratoriyasına göndəriblər. Respublika Baytarlıq Laboratoriyasında aparılan bakterioloji müayinələrin nəticəsinə əsasən, götürülən nümunələrdə bakterioloji çirklənmə (BÇQB, salmonella aboreus, salmonella typhimurium) aşkar edilib. Bakterioloji və biokimyəvi müayinələrin nəticəsinə əsasən yoxlanılan nümunələrin insan qidası üçün baytarlıq-sanitariya cəhətdən yararsız olması müəyyən edilib.

Respublika Baytarlıq Laboratoriyasının müvafiq ekspertizasının nəticəsi nəzərə alınaraq insan səhhətinə ağır zərər yetirən, bakterioloji çirklənməyə məruz qalan, baytarlıq-sanitariya cəhətdən yararsız olan, qarajda temperatur rejiminə əməl edilməyən, soyuducusu olmayan, istifadəyə yararlıq müddəti bitmiş, qeyri-qanuni, antisanitar şəraitdə saxlanılan və satılan ümumi çəkisi 100 kq olan kolbasa məmulatları barəsində qanunvericiliyə uyğun tədbirlər görüləcək.

Yeniçağ.Az

www.yenicag.az

548
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv