!Reklam
Ziraat Bank New 160×600
Koronavirus
Azersun New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Bakıda itkin düşən məktəbli qız tapıldı

!Adviad

Bakıda itkin düşən məktəbli qız tapılıb.

Bakı şəhər Baş Polis İdarəsi və şəhər prokurorluğundan Yenicag.az-a verilən məlumata görə, Nəsimi rayonunun polis və prokurorluq əməkdaşları tərəfindən görülmüş tədbirlər nəticəsində rayon ərazisində itkin düşmüş məktəbli tapılaraq ailəsinə təhvil verilib.

Xatırladaq ki, aprelin 26-da Bakı şəhər sakini, 2006-cı il təvəllüdlü Əliyeva Aydan Valeh qızının təhsil aldığı Bakı şəhəri 5 nömrəli məktəbdən çıxaraq naməlum istiqamətə getməsi barədə Nəsimi RPİ-nin 19-cu PŞ-nə edilmiş müraciət daxil olub.

Müraciət əsasında həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində A.Əliyeva aprelin 27-də tapılaraq ailəsinə təhvil verilib.

***

Bakıda ötən gün itkin düşən məktəbli qızla bağlı bəzi təfərrüatlar məlum olub.

Məktəblinin yaxınları deyib ki, Aydan sonuncu dəfə məktəbin yaxınlığında olan mağazanın kameralarında görüntülənib.

Sinif yoldaşlarının sözlərinə görə, qız məktəbdən çıxarkən harasa tələsirmiş.

Qeyd edək ki, 2004-cü il təvəllüdlü Aydan Əliyeva ötən gün saat 13 radələrində təhsil aldığı məktəbdən çıxaraq mağazaya gedib.

Aydan Əliyeva Nəsimi rayonu, 4-cü mikrorayonda yerləşən 5 saylı məktəbin 7-ci sinif şagirdidir.

www.yenicag.az

2039
Ads
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100