“Bakıda jurnalistikanın qızıl qaydalarını müzakirə etdik” - Gürcüstanlı jurnalist - VİDEO
Bakıda keçirilən “İctimai etimadın formalaşdırılmasında medianın rolu və informasiya təhlükəsizliyi” mövzusunda Azərbaycan – Gürcüstan Media Forumunda Azərbaycan–Gürcüstan münasibətlərinin daha da irəli aparılmasında medianın rolu müzakirə edilib.
Yenicag.az xəbər verir ki, bunu Gürcüstanda üç dildə fəaliyyət göstərən Aktual.ge saytının baş redaktoru İlkin Hüseynov deyib.
Onun sözlərinə görə, tarixdə ilk dəfə Bakıda Gürcüstan–Azərbaycan media forumu keçirilib. Tədbirdə Gürcüstandan geniş tərkibli jurnalist heyəti, eləcə də Azərbaycandan olan media nümayəndələri iştirak ediblər.
Forum çərçivəsində bir sıra panel müzakirələri təşkil olunub. Panellərdə dezinformasiya ilə mübarizə yolları, jurnalistikanın “qızıl qaydaları”, həmçinin iki ölkə arasındakı münasibətlərin daha da inkişaf etdirilməsində medianın rolu kimi mövzular müzakirə olunub.
Amir Aqiloğlu












