Bakıda kafe yandı

media-hightechnic-468x90

Bakıda kafe yanıb.

Yenicag.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, paytaxtın Nəsimi rayonunda ümumi sahəsi 100 kvadratmetr olan tikilinin (kafe kimi fəaliyyət göstərir) bir otağının yanar konstruksiyaları, içərisində olan əşyalar altı kv.m sahədə, digər otağının lambirdən ibarət tavanı və şüşə-pambıq üzlüyü üç kvadratmetr sahədə yanıb.

Tikilinin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 05.09.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa