!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bakıda kafe yandı - VİDEO

!Reklam – Yazi

Bakıda kafe yanıb.

APA-nın hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, hadisə paytaxtın Nərimanov rayonu, Təbriz küçəsi 44 ünvanında qeydə alınıb. Həmin ünvanda yerləşən kafedə baş verən yanğının söndürülməsinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürənləri cəlb edilib. Həyata keçirilən tədbirlər nəticəsində yanğın söndürülüb. Ölən və xəsarət alan yoxdur.

***

Fövqəladə Hallar Nazirliyi Bakıda kafedə baş verən yanğınla bağlı məlumat yayıb.

Yenicag.az-ın nazirliyin saytına istinadən verdiyi məlumata görə, Bakı şəhəri, Nərimanov rayonunda ümumi sahəsi 85 m² olan birmərtəbəli kafenin yanar konstruksiyaları və içərisində olan əşyalar 30 m² sahədə yanıb. Kafenin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

 

www.yenicag.az

1602
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv