Bakıda kişi bıçaqlandı

Abşeron rayonunun Mehdiabad qəsəbəsində bıçaqlanma hadisəsi olub.

Yenicag.az xəbər verir ki, 1981-ci il təvəllüdlü Həsənov Azər Tofiq oğlu naməlum şəxs tərəfindən bıçaqlanıb.

Yaralı 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Ona qarın nahiyəsinin küt travması, sol baldırın kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.