Bakıda maşın qaçıran şəxs saxlanıldı

media-hightechnic-468x90

Xəzər Rayon Polis İdarəsinin 1-ci polis şöbəsinə müraciət edən Bakı şəhər sakini İ.Fətullayev Qala qəsəbəsinin ərazisindən “KIA” markalı avtomobilinin qaçırıldığını bildirib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Yenicag.az-a bildiriblər ki, müraciətlə əlaqədar müvafiq araşdırmalar aparılıb.

Nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən qəsəbə sakini, əvvəllər məhkum olunmuş H.İsmayılov Əlahiddə Çevik Polis Alayının və 1-ci polis şöbəsi əməkdaşlarının keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində Binə qəsəbəsinin ərazisində avtomobillə birgə saxlanılıb.

Faktla bağlı Xəzər Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

Mövzu ilə əlaqədar

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 07.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05