Bakıda məşhur klinika bağlandı

media-hightechnic-468x90

img1671789Bakı şəhəri, Nəsimi rayonu, 20 Yanvar küçəsi 1B-də fəaliyyət göstərən “Dobromed” klinikası bağlanıb.

Xəbərdə deyilir ki, klinika profilaktika məqsədilə fəaliyyətini bir həftəliyə dayandırıb: “Respublika Gigiyena və Epidemiologiya Mərkəzi cari yoxlama aparıb. Buna görə də noyabrın 5-dən fəaliyyətimizi dayandıracağıq. Yəqin ki, bir həftədən sonra yenidən işləyəcəyik”.

Klinikadan lisenziyanın geri alınması ilə bağlı məlumatları təkzib ediblər.

Səhiyyə Nazirliyi isə klinikada yoxlama aparıldığını və nöqsanlar aşkarlandığını təsdiqləyib.

Nazirliyin mətbuat xidmətinin rəhbəri Anar Qədirli virtualaz.org saytına bildirib ki, klinikanın lisenziyası geri alınıb: “Nöqsanların aradan qaldırılması üçün vaxt verilib, bundan sonra lisenziya üçün təkrar müraciət edəcəklər”. Qeyd edək ki, “Dobromed” klinikası 2012-ci ildə yaradılıb. Xəstəxanada ambulator və stasionar xidmət göstərilib.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600