Bakıda milyonçuların villaları sökülür

media-hightechnic-468x90

лBakının zənginlər məhəlləsində sakinlərin narahatlığına səbəb olan hadisə baş verib.

Artıq bir neçə gündür ki, Bakının Atatürk prospekti 114 ünvanında, daha dəqiqi Ayna Sultanova parkının yaxınlığında yerləşən villalardan 3-ü gözlənilmədən sökülməyə başlayıb. Söküntü zamanı villaların inşasında istifadə edilən bahalı tikinti materialları, o cümlədən mərmər üzlüklər, dam örtüyü və sair yararsız vəziyyətə salınıb. Ətrafda yaşayan və dəbdəbəli mülk sahiblərini təşvişə salan da məhz bu məqam olub. Digər malikanə sahibləri söküntünün onlara da çatacağından narahatlıq keçiriblər və müxtəlif instansiyalara baş vurublar.

Saytın hadisə yerində olan əməkdaşı isə məsələni araşdırıb. Bu zaman bəlli olub ki, ümumi dəyəri 10 milyon manat olan hər 3 villanı eyni adam alaraq, orada daha iri, dəbdəbəli tikinti işinə başlayacaq.

Xatırladaq ki, sökülən bu villalar da həmin ərazidə ən dəbdəbəli tikililərdən sayılırdı.

 

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600