!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bakıda narkotacirin evindən 25 kq heroin çıxdı

!Reklam – Yazi

Bakıda narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Yenicag.az-a verilən məlumata görə, Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Masallı rayon sakini, əvvəllər məhkum olunmuş E.Əzizov Xətai rayonu ərazisində tutulub.

Şəxsi axtarış zamanı ondan 12 qrama yaxın, kirayədə yaşadığı məzildən isə 25 kiloqrama yaxın heroin, 1 kiloqram 870 qram tiryək, 3 kiloqram 275 qram metamfetamin və 1 ədəd elektron tərəzi aşkar edilərək götürülüb.

Araşdırma aparılır.

www.yenicag.az

619
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv