!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bakıda ötən gecənin qəzaları - Biri ağaca, digəri maşına çırpıldı... - VİDEOLAR

!Reklam – Yazi

Bakının Nəsimi rayonunda yol qəzası baş verib.

Yenicag.az xəbər verir ki, hadisə Səməd Vurğun küçəsində qeydə alınıb.

Belə ki, Əhmədov Ədalət Çingiz oğlu idarə etdiyi “Mercedes” markalı avtomibillə hərəkətdə olarkən qəfildən soladönmə əməliyyatı edib. Bu zaman arxadan gələn Zeynalov Ələkbər Bəhruz oğlu “BMW” markalı avtomobillə “Mercedes”ə çırpılıb. Nəticədə, “BMW” ağaca çırpılaraq dayanıb. Qəza zamanı bir nəfər sərnişin xəsarət alıb. Zərbənin təsirindən avtomobillər yararsız hala düşüb. Polis əməkdaşları hadisə yerinə baxış keçiriblər. Faktla əlaqədar avtotexniki ekspertiza təyin edilib.

Daha bir qəza isə Bakının Yasamal rayonunda qeydə alınıb.

Yenicag.az-ın məlumatına görə, hadisə Cəfər Cabbarlı küçəsində baş verib. Orxan Kərimov idarə ediyi “Lifan” markalı avtomobillə 20 yanvar metrosu istiqamətində hərəkətdə olarkən, ara küçədən yüksək sürətlə çıxan Emin Eyvazovun idarə etdiyi “Vaz 21014” markalı avtomobillə ona çırpılıb. “Vaz 21014” daha sonra yol kənarında dayanan digər bir nəqliyyat vasitəsinə çırpılaraq dayanıb. Hadisə yerində olan polis əməkdaşları sürücülərin izahatını alıb. Avtomobillər cərimə meydançasına aparılıb. Faktla əlaqədar araşdırmalara başlanılıb.

Ötən gecə baş verən qəzalardan biri də yenə Yasamal rayonunda qeydə alınıb.

Yenicag.az-ın xəbərinə görə, hadisə Xarici işlər Nazirliyinin qarşısında qeydə alınıb. “Nissan” markalı avtomobilin sürücüsü 5 mərtəbə dairəsi istiqamətində hərəkətdə olarkən qəfil idarəetməni itirib. Nəticədə “Nissan” yol kənarında dayanan “Mercedes” markalı avtombilə çırpılıb. Zərbənin təsirindən avtomobillərə ziyan dəysə də, xoşbəxtlikdən xəsarət alan olmayıb.

Faktla əlaqədar araşdırmalara başlanılıb.

www.yenicag.az

2324
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv