Bakıda piyadanı vuraraq öldürüb qaçan sürücü saxlanıldı

media-hightechnic-468x90

Bakıda piyadanı vuraraq öldürüb, hadisə yerindən qaçan sürücü saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Yenicag.az-a verilən xəbərə görə, aprelin 1-də saat 23 radələrində Sabunçu rayonu Sabunçu qəsəbəsi ərazisində yolu keçən Bakı şəhər sakini Elyaz İsmayılov müəyyən edilməyən avtomobillə vurulub və nəticədə hadisə yerində ölüb.

Sabunçu Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yol-nəqliyyat hadisəsinin “KİA” markalı avtomobillə törədilməsi müəyyən olunub və həmin nəqliyyat vasitəsini idarə edən Bakı şəhər sakini Famil Səmədov saxlanılıb.

Araşdırma aparılır.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 14.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600