!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bakıda “prava” dələduzluğu: Tanışının 1 300 manatını aldı

!Reklam – Yazi

Bakıda tanışına qarşı dələduzluq edən şəxs barəsində cinayət işi başlanıb.

1983-cü il təvəllüdlü Ramil Əliyev (ad və soyadlar şərtidir) tanışı Emil Quliyevə ona sürücülük vəsiqəsi alacağına dair vəd verib. Belə ki, Emil ayrı-ayrı vaxtlarda Ramilə ümumilikdə 1 300 manat pul verib.

Ramil bu pulla ona “BC” kateqoriyalı sürücülük vəsiqəsini alacağını bildirib, lakin vədinə əməl etməyib.

Dələduzluğa məruz qalan Emil bu barədə aidiyyatı üzrə şikayət edib, faktla bağlı Cinayət Məcəlləsinin 178.1-ci (dələduzluq) ilə cinayət işi başlanıb.

İşə Sabunçu Rayon Məhkəməsində baxılıb. Məhkəmə icraatı başladıqdan sonra təqsirləndirilən şəxs tanışına vurduğu zərəri ödəyib./Unikal/

www.yenicag.az

438
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv