!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bakıda qadın “Instagram”a görə onu döyən ərini BAĞIŞLADI

!Reklam – Yazi

Bakının Xətai rayonunda 1988-ci il təvəllüdlü Əli şəxsi münasibətlər zəminində arvadı Bahara (adlar şərti verilib – red.) xəsarət yetirib.

Yenicag.az xəbər verir ki, hadisə bu ilin aprelin 14-də rayonun M.Hadi küçəsində baş verib.

Əli yaşadığı mənzildə ailə münaqişəsi zəminində aralarında yaranmış mübahisə zamanı qəsdən arvadının sifət nahiyəsinə yumruqla vurub, onu döyərək müxtəlif dərəcəli bədən xəsarətləri yetirib.

İstintaq orqanı tərəfindən Əlinin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Əli ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, Bahar ilə 2014-cü ildə ailə həyatı qurub:

“Birgə nikahdan 2 azyaşlı övladımız var. Yoldaşım ilə əvvəllər mehriban yaşasaq da, son zamanlar onun “Instagram” işlətməsi üstündə aramızda tez-tez ailə-məişət zəminində mübahisələri yarandı”.

Əli qeyd edib ki, sonuncu dəfə hadisə günü saat 15 radələrində yaşadıqları mənzildə Bahar ilə aralarında yaranmış mübahisə zamanı əli ilə onun sifət nahiyəsindən vurub:

“Daha sonra Bahar evdən çıxaraq getdi. Əməlimdən peşmanam. Baharla barışmışam”.

Məhkəmə hökm çıxaran zaman təqsirləndirilən şəxsin zərərçəkmişlə barışmasını, zərərçəkmişin ondan şikayətçi olmamasını nəzərə alıb.

Bu səbəbdən Əlinin barəsində olan cinayət təqibinə xitam verilib. O, cinayət məsuliyyətindən azad edilib.

www.yenicag.az

335
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv