Bakıda qadın sürücü qəzaya düşdü- Fotolar

media-hightechnic-468x90

83185Bakının Nərimanov rayonunda yol qəzası baş verib. Avtomobilini yüksək sürətlə idarə edən xanım sürücü yol qəzası törədib.

Hadisə Koroğlu Rəhimov küçəsi ilə Xətai prospektinin kəsişməsində qeydə alınıb.

Yüksək sürətlə hərəkətdə olan “Çanqan” markalı avtomobilin xanım sürücüsü döngədə idarəetməni itirib. Sürücü əyləcdən istifadə etsə də, avtomobili saxlaya bilməyib. Nəticədə avtomobil yol kənarınadakı səkiyə çırpılaraq aşıb. Çevrilmiş vəziyyətdə olan avtomobildən xanım sürücünü hadisə şahidləri çıxarıblar. Sükan arxasında olan xanım yüngül xəsarətlər alıb. Ona ilkin tibbi yardım göstərildikdən sonra ambulator müalicəyə buraxılıb.

Faktla əlaqədar Bakı Şəhər Baş Dövlət Yol Polis İdarəsində araşdırma aparılır.

 

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600