Bakıda qatar avtomobillə toqquşdu - Xəsarət alan var

media-hightechnic-468x90

Bakının Xəzər rayonunda ağır yol qəzası baş verib.

Yenicag.az xəbər verir ki, hadisə Qala qəsəbəsində şlaqbaumsuz dəmiryol keçidində olub.

1963-cü il təvəllüdlü Kərimov Aydın Kamil oğlu idarə etdiyi “VAZ 2107” markalı nəqliyyat vasitəsilə keçiddən keçərkən yük qatarına çırpılıb.

Zərbənin təsirindən avtomobil bir neçə metr kənara aşıb.

Qəza nəticəsində A.Kərimov bədənin müxtəlif sahələrindən ağır sınıq xəsarətləri alıb.

Yaralı təcili tibbi yardım vasitəsilə xəstəxanaya yerləşdirilib.

Fakt araşdırılır./APA/

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 04.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa