Türkiyədə meşə yanğını səbəbindən bir yaşayış məntəqəsi təxliyə olundu

media-hightechnic-468x90

Türkiyədə davam edən yüksək hava temperaturu ölkə üzrə meşə yanğınlarının artmasına səbəb olub.

media-banner_tkm

Yenicag.az xəbər verir ki, son olaraq ölkənin dörd vilayətdə meşə yanğını baş verib. Onlardan üçü söndürülüb, hazırda soyutma işləri aparılır.

Muğla vilayətinin Fethiye rayonunda isə alovlarla mübarizə davam edir.

Bu gün yerli vaxtla saat 12:30 radələrində yaşayış məntəqələrin yaxınlığında meşəlik ərazidə başlayan yanğın səbəbindən bir məhəllə boşaldılıb.

Yanğına havadan 14 helikopter və 5 təyyarə, qurudan isə 21 yanğınsöndürən maşın (arazöz), 9 su tankeri, 3 buldozer və 200 nəfərdən ibarət briqadalarla müdaxilə edilir.

Alovun yaşayış məntəqələrinə keçməsinin qarşısını almaq üçün tədbirlər görülür.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05