Bakıda qayınanası ilə dalaşan kürəkəndən ŞOK ADDIM - Mismar, qaşıq uddu
Bakıda ailə münaqişəsi zəminində qəribə hadisə baş verib.
Yenicag.az-ın məlumatına görə, hadisə paytaxtın Xətai rayonu, Əhmədli küçəsində qeydə alınıb.
Həmin küçədə yaşayan 1989-cu il təvəllüdlü Babayev Əlamət Nazim oğlu yaşadığı evdə qayınanası ilə mübahisə edib. Mübahisə nəticəsində Ə.Babayev mətbəxdən götürdüyü qaşıq və mismarı udub.
Ə.Babayev xəstəxanaya çatdırılıb.
Faktla bağlı Xətai Rayon Prokurorluğunda araşdırma aparılır./Trend/