Bakıda şagird sinif yoldaşını tir tüfəngi ilə vurub

media-hightechnic-468x90

71834673d11ff413060145dcc9049064Bakıda əyləncə mərkəzində orta məktəb şagirdi xəsarət alıb.

Nizami rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə B. Nuriyev küçəsi 2 ünvanında yerləşən “Akvarium” əyləncə mərkəzində qeydə alınıb. Bakı şəhər sakini, 2003-cü il təvəllüdlü Hüseyn Mübariz oğlu Baxşəliyevin əlində olan tir tüfəngindən açılan atəş nəticəsində 13 yaşlı Aysel Nicat qızı Allahverdiyeva boğaz nahiyəsindən xəsarət alıb. Yaralı xəstəxanaya yerləşdirilib və vəziyyəti ağırdır.

Faktla bağlı araşdırma aparılır. İlkin məlumata görə, hadisə ehtiyatsızlıqdan baş verib.

Polisdən həmçinin bildirilib ki, H. Baxşəliyev və A. Allahverdiyeva 76 saylı orta məktəbin şagirdləridir. Onlar 6-cı sinifdə oxuyurlar.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600