Reklam: Sinerji

RAMAZAN: XƏBƏRLƏR, MƏQALƏLƏR VƏ MƏSLƏHƏTLƏR

Azərbaycanda koronavirusla bağlı xəbərlər

Koronavirusun onlayn statistikası

Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Bakıda “Shacman”, minik avtomobilinin üstünə aşıb – FOTO

211185_467244Bakıda ağır tonnajlı yük maşını minik avtomobilinin üstünə aşıb. Hadisə paytaxtın Binəqədi rayonu, Səttar Bəhlulzadə küçəsində qeydə alınıb.

Sürücü 28 yaşlı Elçin Mustafazadənin idarə etdiyi “Shacman” markalı yük maşını asfaltın qəfil çökməsi nəticəsində yol kənarında dayanan “Dodge” markalı minik maşının üstünə aşıb. Hadisə nəticəsində xəsarət alan olmasa da, hər iki maşına ciddi ziyan dəyib. Yük maşınındakı tikinti materialı başqa maşına yüklənib.

Məlumat üçün bildirək ki, yolun bu hissəsində təmir işləri getsə də, hər hansı bir xəbərdaredici nişan qoyulmayıb.

Faktla bağlı Dövlət Yol Polisinin Binəqədi Rayon Şöbəsində araşdırma aparılır(APA).

www.yenicag.az

396