Reklam

Reklam

8aa9641853716e7b2fcdf3424d0b5ff1Ötən gecə Bakının Xətai rayonunda qeyri-adi yol qəzası baş verib.

Babək prospektində qeydə alınan qəzada sürücü öz maşınını yandırıb. Belə ki, prospektlə hərəkət edən “Chevrolet” markalı avtomobillə “Mercedes” toqquşub.

Hələlik kimliyi məluma olmayan “Chevrolet”in sürücüsü qəzadan sonra maşındakı ehtiyat yanacağı avtomobilin üzərinə tökərək yandırıb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə İdarəsinin Xətai Rayon Hissəsinin canlı qüvvəsi və texnikası cəlb olunub. Yanan maşın tez bir zamanda söndürülüb.

Əraziyə gələn polis əməkdaşları maşınına od vurub yandıran sürücünü qaçmaq istəyərkən saxlayıblar. Sürücü ifadəsinin alınması üçün Xətai Rayon Polis Şöbəsinə aparılıb. Faktla bağlı araşdırma aparılır.

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 180
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Reklam

Reklam

Nə düşünürsən?
Bənzər Xəbərlər

    Reklam

    Reklam

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün Yenicag.Az xəbər bületeninə abunə olun."