Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Bakıda tanınmış vəkilin avtomobilinə hücum edildi - FOTO

Bakıda tanınmış vəkil Asif Abdullayevin avtomobilinin şüşəsi sındırılıb. 

Yenicag.az  xəbər verir ki, Azərbaycan Vəkillər Kollegiyasının üzvü bu barədə özü məlumat verib.

Onun sözlərinə görə, hadisə dünən baş verib. Naməlum şəxs avtomobilimin şüşəsini qıraraq avtomobilimə daxil olub, amma heç nə götürməyib:

“Salonda ümumilikdə (benzin almaq üçün avtomobildə saxladığım) 84 manat və Gürcüstan gəzintimizdən qalan 45 lari pul, mobil telefon, bahalı eynək, ətir və bir sıra digər şəxsi əşyalarım var idi.

Hadisədən sonra avtomobilin salonunda əşyalar dağınıq halda idi. Bəzi sənədlər iki hissəyə parçalanmışdır. Avtomobilimin park edildiyi ərazidə təxminən 15-20 avtomobil olub və bəlkə də həmin avtomobillər arasında ən ucuz avtomobillərdən biri də mənimkidir. Salonda da heç bir cəlbedici əşya olmayıb. Buna baxmayaraq, naməlum şəxs yalnız mənim avtomobilimə daxil olmuşdur.

Dünən aşkar etdiyim bu hadisə barədə 102 xidmətinə dərhal müraciət etdim və 25-ci polis bölməsinə ərizə təqdim etdim. Ümid edirəm ki, polis tərəfindən bu məsələ ciddi araşdırılacaq və hadisənin əsl səbəbləri müəyyən ediləcək”.

A.Abdullayev qeyd edib ki, oxşar hadisə bir müddət öncə də baş verib: “Avtomobilimin bir güzgüsü zərbə nəticəsində sındırılaraq yararsız hala salınmış, digəri isə hadisə yerində ümumiyyətlə yox idi. O vaxt 102 xidmətinə məlumat verdim. 25-ci polis bölməsində hadisə ilə bağlı izahat da yazdım. Amma məsələnin araşdırılması və nəticəsi barədə bu günədək heç bir rəsmi məlumat almamışam”./BAKU.WS/

www.yenicag.az

4336
reyting.az
www.interpress.az
MARGIN-BOTTOM

www.busaat.az
Ziraat Bank New 768×90 / 320×100