Bakıda Təhsil sərgisi keçirilir

media-hightechnic-468x90

SXGK7B9Bakı Ekspo Mərkəzində VIII Azərbaycan Beynəlxalq Təhsil və Karyera sərgisi (“Education amp; Career) işinə başlayıb.

Bu il dünyanın 20 ölkəsindən, o cümlədən Azərbaycan, Türkiyə, Böyük Britaniya, Niderland Krallığı, Slovakiya, Rusiya, Latviya, Fransa, Qazaxıstan və Polşadan 122 iştirakçının qatıldığı sərgidə təhsil, “MBA”proqramları, xarici dil kursları, həmçinin təcrübə və treninqlər təklif edilir. Eyni zamanda, sərgidə 22 şirkət (“Azercell Telecom”, “Azərsu”, “Azərenerji”, “Bakcell”, “bp”, “SOCAR”, “Unibank” və s.) bank işi, neft-qaz, telekommunikasiya, maliyyə, hüquq xidmətləri, energetika, satış və marketinq, su resursları, qida və kənd təsərrüfatı sektorlarında iş vakansiyalarını təklif edir.

Sərgi “Iteca Caspian LLC” və “Caspian Event Organisers” şirkətlərinin təşkilatçılığı və Azərbaycan Respublikası Təhsil Nazirliyinin və digər müvafiq qurumların dəstəyi ilə təşkil edilib.

Sərgidə iştirakçı qurumların və universitetlərin nümayəndələri ilə görüşmək və suallara cavab almaq imkanları da yaradılıb.

“Bakı-2015” Avropa Oyunlarının Əməliyyat Komitəsi də sərgidə iştirak edərək, gənc və istedadlı insanları “Baku Games 2015” böyük idman bayramı çərçivəsində həyata keçiriləcək işlərə dəvət edir. (deyerler.org)

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600